Avro-2024-də kuryoz hadisə - Morata final matçına çıxmaya bilər - FOTO

Avro-2024-də kuryoz hadisə - Morata final matçına çıxmaya bilər - FOTO
Siyasət 391

Avro-2024-ün yarımfinal qarşılaşması çərçivəsində keçirilən Fransa-İspaniya matçının ardından kuryoz hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, İspaniya millisinin rəqibini 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanın start fitindən sonra "qırmızı furya"nın kapitanı Alvaro Morata zədə alıb. Futbolçular qələbəni qeyd edərkən meydana Türkiyə yığmasının formasını geyinmiş fanat girib. Matçın stüardları onu tutmaq üçün arenaya çıxıblar. Bu zaman texniki işçilərdən biri yıxılaraq Alvaro Morataya dəyib.

Futbolçu ayağını tutaraq axsamağa başlayıb. Həkimlər futbolçunu müayinə edərək onun sağlıq durumu haqqında son sözü bu gün deməyin mümkün olacağını bildiriblər. İstisna olunmur ki, İspaniya millisinin kapitanı həlledici qarşılaşmanı buraxsın.

Qeyd edək ki, İspaniya kollektivi yarımfinalın ilk matçında Fransa millisini 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. "Matadorlar"ın rəqibi bu gün 23:00-da start götürəcək Niderland-İngiltərə matçında müəyyənləşəcək. Final matçı isə iyulun 14-də baş tutacaq.

Son xəbərlər