Tarkan Avro-2024-dən yazdı: “Dünya türkləri danışır” - FOTO
Meqastar Tarkan Türkiyə milli futbol komandasının Avro-2024-dəki çıxışı ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi futbolçuların məğlub olsa da, azarkeşlərə böyük sevinc və xoşbəxtlik yaşatdığını vurğulayıb:
“Canınız sağolsun, bizim uşaqlar. Bizə yaşatdığınız xoşbəxtlik həyəcan və qürur üçün təşəkkür edirik. Bütün yarışlarda möhtəşəm idiniz! Dünya sizi, türkləri danışır. Siz çoxdan könlümüzün çempionu oldunuz”.
Xatırladaq ki, ötən gün Avro-2024 çərçivəsində 1/4 final mərhələsinin Türkiyə-Niderland qarşılaşması start götürüb.
Niderland yığması Türkiyə millisini 2:1 hesabı ilə məğlub edərək Avro-2024-ün yarımfinalına vəsiqə qazanır. Yarımfinalda Ronald Kumanın yetirmələri İngiltərə kollektivi ilə üzə-üzə gələcək.
Qalereya
Oxşar xəbərlər
Məşhurlar yayı harada, kiminlə, necə keçirəcək? - FOTO - SİYAHI
Artıq yay mövsümü start götürür. Türkiyəli məşhurlar əvvəldən istirahət planlarını qurublar. Onlar Türkiyə ilə yanaşı dünyanın müxtəlif istirahət mərkəzlərinə ü...