“Avia.Pro”: “Azərbaycan PUA-sı Ermənistanın “İsgəndər”ini məhv etdi”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Silahlı Qüvvələrinin kamikadze-dronu Ermənistan Silahlı Qüvvələrinin “İsgəndər” əməliyyat-taktiki raket sistemini məhv edib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə “Avia.Pro” məlumat yayıb.
Bu gün Ermənistanın silahlanmasında olan ən azı bir “İsgəndər” əməliyyat-taktiki raket sistemi Azərbaycanın kamikadze-dronu tərəfindən məhv edilib.
Azərbaycan mətbuatının məlumatına görə, söhbət ən azı üç raket kompleksinin yerləşdirildiyi bütöv bir bölgənin məhv edilməsindən gedir, bunların arasında pilotsuz təyyarədən çəkilmiş fotoşəkilə əsasən bir “Toçka-U” və iki “İsgəndər” kompleksi var.
Ermənistan Silahlı Qüvvələrinin taktiki raket sistemlərinin Kəlbəcər rayonu ərazisində yerləşdirildiyi və onlardan ən azı birinin birbaşa olaraq istifadədən dərhal əvvəl məhv edildiyi qeyd olunur.
Oxşar xəbərlər
Rusiya mənbələri təsdiqlədi - Xankəndi yaxınlığında S-300-lər sıradan çıxarıldı
Ermənistan ordusunun S-300 hava hücumundan müdafiə sistemlərinin Xankəndidən şimalda yerləşən mövqe rayonları Azərbaycan ordusunun atəşi və zərbələri altına düş...