Aureliya Qriqoriudan Azərbaycana dəstək (FOTO)
04
apr
2016
10:18
Moldovanın deputatı Aureliya Qriqoriu Qarabağda gedən döyüşlərdə Azərbaycanın yanında olduğunu bildirib.
BAKU.WS məlumat verir ki, deputat sosial şəbəkədə fotosunu Azərbaycan bayrağı ilə paylaşıb. Aureliya tezliklə Qarabağın işğaldan azad olunmasını istədiyini bildirib.
Qeyd edək ki, Aureliya Qriqoriu zaman-zaman Azərbaycana dəstək olduğunu nümayiş etdirib. Xanım deputat Ermənistan parlamentində çıxışı zamanı Ermənistanın işğalçı dövlət olduğunu, Azərbaycan torpaqlarını qəsb etdiklərini deməkdən çəkinməyib.
BAKU.WS
Oxşar xəbərlər
Pakistan Müdafiə Nazirliyindən Azərbaycana böyük Qarabağ dəstəyi
Pakistan Müdafiə Nazirliyi lazım olarsa Azərbaycana dəstək verəcəklərini açıqlayıb. BAKU.WS-in məlumatına görə, nazirliyin rəsmi facebook səhifəsində bu barəd...