Pakistan Müdafiə Nazirliyindən Azərbaycana böyük Qarabağ dəstəyi
Pakistan Müdafiə Nazirliyi lazım olarsa Azərbaycana dəstək verəcəklərini açıqlayıb.
BAKU.WS-in məlumatına görə, nazirliyin rəsmi facebook səhifəsində bu barədə məlumat yerləşdirilib. Nazirliyin yaydığı məlumatda deyilir ki, Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur.
Pakistan Müdafiə Nazirliyinin Facebook səhifəsində Azərbaycan bayrağı paylaşılıb və ölkəmizə dəstək mesajları qeyd olunub. Pakistanlı istifadəçilər də Ermənistanın təcəvüzkar siyasətini pisləyərək Azərbaycana olan dəstəklərini bir daha göstəriblər.
Xatırladaq ki, Pakistan Ermənistanı rəsmi olaraq dövlət kimi tanımır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində həlak olan və xəsarət alanlarla...