ATV-nin keçmiş prezidentinə vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının sabiq prezidenti Vüqar Qaradağlıya Bakı Dövlət Universitetində (BDU) vəzifə verilib.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, V.Qaradağlı BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiridir.
O, bu vəzifədə mərhum akademik Vasim Məmmədəliyevi əvəz edib.
Qeyd: 1966-cı il təvəllüdlü V.Qaradağlı 1990-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib və əmək fəaliyyətinə də elə həmin fakültədə başlayıb. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...