Atilla Taş azadlığa buraxıldı - FOTO

Atilla Taş azadlığa buraxıldı - FOTO
Siyasət 6

Ötən ilin dekabrında həyat yoldaşı ilə getdiyi barda dava salan və həbs edilən müğənni Atilla Taş azadlığa buraxılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə sənətçi özü bildirib.

O sosial şəbəkədə yeni fotosunu paylaşaraq artıq azadlıqda olduğunu qeyd edib.

Xatırladaq ki, ötən ilin dekabrın 24-də gecə klubunda həddindən artıq spirtli içki qəbul edən müğənni orada dava salıb və hadisə yerinə gələn polisə müqavimət göstərib.

İfaçının həyat yoldaşı Meltem Taş məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılsa da, Atilla “polisə müqavimət”, “təhqir” ittihamları səbəbilə həbs edilmişdi.

Atilla Taş azadlığa buraxıldı - FOTO

Son xəbərlər