AŞPA nümayəndə heyəti Azərbaycanda partiyaların liderləri ilə görüşəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti parlament seçkiləri ərəfəsində - 2020-ci il yanvarın 22-23-də seçki kampaniyası və siyasi mühitin dəyərləndirilməsi məqsədilə Azərbaycana səfər edəcək.
BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, nümayəndə heyəti Bakıda Milli Məclisin sədri, eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlamentdə təmsil olunan və təmsil olunmayan partiyaların liderləri və nümayəndələri ilə görüşəcək.
Bundan başqa, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, KİV nümayəndələri, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət nümayəndələri ilə danışıqlar planlaşdırılır.
Qeyd edək ki, AŞ PA nümayəndə heyəti Azərbaycana tam tərkibdə fevralın 9-da seçkiləri müşahidə etmək üçün səfər edəcək.
Oxşar xəbərlər
Məzahir Pənahov xarici ölkələrin MSK nümayəndə heyətləri ilə görüşüb
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək məqsədilə Azərbaycanda səfərdə olan Mol...