Oqtay Əsədov Türkiyəyə gedəcək

Oqtay Əsədov Türkiyəyə gedəcək
Siyasət 1335

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 8-9-da Türkiyənin Antalya şəhərində səfərdə olacaq. BAKU.WS “report”a istinadən xəbər verir ki, səfərdə məqsəd Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak etməkdir.

Tədbirə 40-dan çox ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılacaqlar.

Toplantıda “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq. Mövzu ilə əlaqədar Milli Məclisin sədri çıxış edəcək. O.Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

BAKU.WS

Oxşar xəbərlər

Milli Məclisdə qəbula düşmək istəyənlərin NƏZƏRİNƏ!

Milli Məclisdə qəbula düşmək istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycan Respublikası Milli Məclis Aparatında 2018-ci ilin oktyabr ayında vətəndaşların qəbulu günləri açıqlanıb.BAKU.WS xəbər verri ki, qəbul günləri aşağıda...

1129 Sosial 11:32 02 oktyabr 2018

Son xəbərlər