Arizonada 28 may “Azərbaycan Milli Günü” elan edilib

Arizonada 28 may “Azərbaycan Milli Günü” elan edilib
Siyasət 162

ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 mayı “Azərbaycan Milli Günü” elan edib.

BAKU.WS xəbər verir ki, bununla bağlı şəhər meri Keyt Qalleqo (Kate Gallego) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanır. Bəyannamədə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir.

Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən surətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilir.

Bəyannamədə həmçinin ABŞ və Finiks şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.

Bəyannamənin sonunda mer K.Qalleqo 28 may tarixini Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edir və şəhər sakinlərini bu bayramı və Azərbaycanın uğurlarını qeyd etməyə çağırır.

Arizonada 28 may “Azərbaycan Milli Günü” elan edilib

Son xəbərlər