Arayik Arutyunyanın qızları Xankəndini birdəfəlik tərk ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın hər iki qızı Qarabağı tərk edib.
BAKU.WS-in oxu.az-a istinadən məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Qeyd olunur ki, Arayik Arutyunyanın böyük qızı hələ aprel ayında, toyundan dərhal sonra Qarabağı tərk edib və bir daha geri qayıtmayıb. Məlumatda o da bildirilir ki, separatçı rejimin “fövqəladə dövlət xidməti”nin əməkdaşı olan A.Arutyunyanın kürəkəni də işdən çıxarılıb və o, Qarabağı tərk edib.
Yayılan digər məlumatda isə A.Arutyunyanın kiçik qızının da artıq bir neçə aydır təhsil almaq adı altında İrəvana köçdüyü məlum olub.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...