“Apple” qeyri-adi kameralara malik qatlanan “iPhone” hazırlayacaq

“Apple” qeyri-adi kameralara malik qatlanan “iPhone” hazırlayacaq
Siyasət 346

“Apple” korporasiyası elastik korpusa malik smartfonun üzərində işləyir. ABŞ şirkətinin yeni patenti haqqında “PatentlyApple” nəşri məlumat verib.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, patentdə panorama görüntüsü əldə etmək üçün bir neçə kameradan istifadə haqqında məlumat verilir.

Fotosensorlar elastik korpusa birləşdiriləcək ki, bu da sensorlar üçün müxtəlif baxış bucağını təmin edəcək. Sözügedən qurğu, həmçinin qatlanan ekrana malik olacaq.

“Apple”ın istehsalı olan ilk elastik smartfonun təqdimetmə tarixi açıqlanmır, sadəcə, patent bu texnologiyaya işarə edir. Çox güman ki yaxın gələcəkdə qatlanan “iPhone” cihazı təqdim ediləcək.

Oxşar xəbərlər

“iPhone 12” təqdim edildi - VİDEO

“iPhone 12” təqdim edildi - VİDEO

“Apple” şirkəti “iPhone 12” smartfonunu təqdim edib. BAKU.WS xəbər verir ki, bu barədə “AppleInsider”in “Twitter” səhifəsində məlumat verilib. Yeni cihaz 5G tex...

3157 Siyasət 22:44 13 oktyabr 2020

Son xəbərlər