"Apple", "Microsoft"u keçərək dünyanın ən dəyərli şirkəti oldu
Yeniliklərdən dərhal xəbərdar olun
"Apple" şirkətinin "Nastaq" birjasında satılan səhmləri çərşənbə günü saat 20:00-a kimi 4 faizdən çox dəyər qazanaraq hər səhm üçün 215,62 dollara yüksəlib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,31 trilyon dollara çatıb.
Bununla da "Microsoft" şirkətinin 3,27 trilyon dollarlıq bazar dəyərini aşan "Apple", dünyanın ən dəyərli şirkəti titulunu geri qazanıb.
Xatırladaq ki, həftənin əvvəlində "Apple" “Apple Intelligence” adlı yeni süni intellekt texnologiyasını təqdim etdi və ChatGPT chatbotunun öz ağıllı Siri-yə inteqrasiyası üçün "OpenAI" ilə əməkdaşlıq etdiyini açıqladı.
"Apple" şirkətinin səhmləri yeni süni intellektdən sonra sonra şənbə günü 7 faizdən çox artıb.
Oxşar xəbərlər
İlon Maskdan "ChatGPT" ilə bağlı qalmaqallı açıqlama - FOTO
“Tesla” və “SpaceX” şirkətlərinin sahibi, milyonçu İlon Mask "ChatGPT" ilə bağlı qalmaqallı açıqlama verib. BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, o "Ch...