Anti-terror əməliyyatı keçirilə bilər? - Sabiq briqada komandiri AÇIQLADI

Anti-terror əməliyyatı keçirilə bilər?  - Sabiq briqada komandiri AÇIQLADI
Siyasət 1046

"Azərbaycan Ordusunun vəzifəsi öz torpaqlarını qorumaq, hər hansı təxribata və ya sərhədlərimizə olan müdaxiləyə layiqli cavab verməkdir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.

Hərbi ekspertin sözlərinə görə, düşmən tərəfindən Azərbaycan maraqlarına və torpaqlarına hər hansı təhlükə yaranarsa, adekvat cavab veriləcək:

"Azərbaycan ərazisində hələ də terrorçular qalır. İkitərəfli bəyannamənin 4-cü bəndi yerinə yetirilmir və hələ də qanunsuz silahlı dəstələr Azərbaycan ərazisində var. Azərbaycan hər an anti-terror əməliyyatı keçirə və bununla da terrorçuları tərk-silah edə bilər. Mövcud vəziyyəti nəzərə alsaq, Qarabağ iqtisadi zonasından qanunsuz silahlıların çıxarılma əməliyyatı olacaq. Əgər sərhədlərimizə düşmən tərəfdən hər hansı istiqamətdən təxribatlar olarsa, qətiyyətli cavab veriləcək".

Son xəbərlər