Antalyada sel fəlakəti - Yerli klubun futbolçuları təyyarədə çətin anlar yaşadı - FOTO

Antalyada sel fəlakəti - Yerli klubun futbolçuları təyyarədə çətin anlar yaşadı - FOTO
Foto
Siyasət 92

Türkiyənin Antalya şəhərində müşahidə edilən güclü yağış səbəbindən şəhər mərkəzindəki 5 rayonda təhsil 1 gün müddətinə dayandırılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağış nəticəsində yaranan gölməçələr və daşqınlar nəticəsində çoxlu sayda ev, iş yeri və avtomobilə ziyan dəyib.

"Antalyaspor" klubunun heyəti hava şəraiti səbəbindən planlaşdırılan vaxtda hava limanına enə bilməyib.

Antalya valiliyindən verilən yazılı açıqlamada şəhərdə əlverişsiz hava şəraitinin davam etdiyi qeyd olunub. Bundan əlavə 5 rayonda dövlət müəssisələrində çalışan əlil, hamilə və xroniki xəstələrə 1 günlük inzibati məzuniyyət veriləcək.

Son xəbərlər