Antalyada çimərlikdən tapılan müəmmalı cəsədlərdən birinin kimliyi bilindi - FOTO

Antalyada çimərlikdən tapılan müəmmalı cəsədlərdən birinin kimliyi bilindi - FOTO
Foto
Siyasət 20

Türkiyədə, Antalyanın Serik rayonunda çimərlikdə tapılan cəsədlərdən birinin yanvarın 4-də yoxa çıxan 18 yaşlı Merve Şevval Elmasa aid olduğu müəyyən edilib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ata Osman Elmas Mervenin cənazəsinin İstanbulda torpağa tapşırılacağını bildirilib.

Məlumata görə, İstanbulda yaşayan Osman Elmas yanvarın 4-dən Qastronomiya fakültəsinin 1-ci kurs tələbəsi qızı Merve Şevval Elmasla əlaqə saxlaya bilməyincə itkin düşdüyü ilə bağlı polisə şikayət edib. Antalyaya gələn Osman Elmas qızını tapmaq üçün Asayiş Şöbə Müdirliyinə ifadə verib.

Antalya rayon Təhlükəsizlik Müdirliyi qrupları Merve Şevval Elmasın tapılması üçün əməliyyat başladıb.

Tələbə yataqxanasında qalan Merve Şevval Elmasın icazə alaraq ictimai avtobusa minərək Barınaklar bulvarında endiyi, Düdən şəlaləsinin dənizlə birləşdiyi yerə tək gəldiyi müəyyən edilib. Sahil Təhlükəsizlik qrupları da Elması axtarmaq üçün dənizdə əməliyyat həyata keçirib.

Xatırladaq ki, Antalya çimərliklərində 6 gündə 8 cəsəd tapılıb ki, onlardan biri Merve Şevval Elmasdır.

Son xəbərlər