SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə, Antalyanın Serik rayonunda otelin çimərliyində 2 meyit tapılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, beləliklə son 6 gündə Antalya çimərliklərində tapılan cəsədlərin sayı 8-ə yüksəlib.

Məlumata görə, səhər saatlarında Serik rayonunun Kadriye bölgəsində yerləşən otellərdən birinin çimərliyində 2 meyit tapılıb. Otel işçilərinin xəbəri üzərinə hadisə yerinə polis qrupları sövq edilib.

Polis qrupları apardıqları araşdırma zamanı çimərlikdə bir-birindən 500 metr aralıda cinsi və şəxsiyyəti naməlum iki cəsəd tapıblar. Cəsədlər prokurorun müayinəsindən sonra Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.

Çərşənbə günü Antalyanın Alanya və Manavqat çimərliklərində 1 uşaq və 1 böyük cəsəd tapılıbmış. Ondan bir gün əvvəl isə Manavqatda 2, Serikdə isə 1 cəsəd tapılıb. Dünən Aksu çimərliyində meyit tapılıb. Son günlər Antalya çimərliklərində sahilə çıxan cəsədlərin qeyri-qanuni mühacir qayığının batması nəticəsində ola biləcəyi düşünülür.

BAKU.WS
VİDEO