Antalya Forumunda Cənubi Qafqazda sülh perspektivləri müzakirə olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda panel müzakirələri keçirilir.
BAKU.WS Report-a istinadla xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.
Nazir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti həyata keçirməsi nəticəsində uzun illər Cənubi Qafqazda ciddi problemlərin olduğunu vurğulayıb.
C.Bayramov qeyd edib ki, 2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib:
“Bundan sonra bölgədə yeni vəziyyət yaranıb. Azərbaycan dəfələrlə Ermənistana sülh sazişinin imzalanmasını təklif edib”.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...