Antalya Diplomatiya Forumunda Afrika xalqlarına humanitar yardım məsələsi müzakirə olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumunda (ADF) bu gün Afrika xalqlarına humanitar yardımın göstərilməsi və onlara siyasi dəstəyin nümayiş etdirilməsi məsələsi müzakirə olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Baku Tv"nin tədbirdən hazırladığı növbəti süjetdə qeyd olunub.
Bildirilib ki, bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışı olacaq, daha sonra forum öz işini bitirəcək.
"Geridə qoyduğumuz iki gündə terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi məsələlər müzakirə olundu, 50-ə yaxın sessiya keçirildi. Tədbirə 140 ölkədən 65 nümayəndə heyəti və 450-yə qədər fərdi heyət gəlib".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...