Ankarada silah anbarında partlayış: Yaralananlar var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin paytaxtı Ankara şəhərinin Mamak rayonundakı Maşınqayırma və Kimya Sənayesi fabrikinin sursat anbarında naməlum səbəbdən partlayış baş verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər yaralanıb.
Partlayış nəticəsində yaralananlar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Məlumata görə, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası göndərilib.
Hadisənin baş vermə səbəbi araşdırılır.
Qeyd edək ki, 1931-ci ildə qurulan fabrikdə Türk Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Təşkilatı ehtiyacları üçün sursatlar, müxtəlif kapsullar və pirotexniki sursatlar, həmçinin səs, işıq və qaz sursatları istehsal olunur.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...