Ankarada öldürülən Rusiya səfiri ilə bağlı məhkəmənin qərarı açıqlanıb
2016-cı ildə Türkiyənin paytaxtı Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiya səfiri Andrey Karlovun 28 müqəssirdən ibarət məhkəmə işi başa çatıb.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfiri öldürən polis əməkdaşı Mert Altıntaş FETÖ üzvü olan “təşkilatdakı qardaşı” Şahin Söğüt ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
FETÖ təşilatına məlumat sızdıran keçmiş kəşfiyyatçı Vehbi Kürşad Akal isə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hər iki şəxs ömürünü xüsusi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək
Qeyd edək ki, 2016-cı ildə Ankaranın Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisindəki çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri A.Karlov polis əməkdaşı Mert Altıntaş tərəfindən qətlə yetirilmişdi.
Oxşar xəbərlər
Bitlis faciəsinin qurbanları son mənzilə yola salınıb - VİDEO
Türkiyənin Bitlis şəhərində helikopter qəzası nəticəsində həyatını itirən 11 hərbçinin son mənzilə yola salınması mərasimi keçirilib. Cümə namazının ardınca qıl...