Angela Merkeli əvəzləyə biləcək şəxsin adı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya kansleri Angela Merkeli səhiyyə naziri Yens Şpan əvəz edə bilər.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” Xristian Demokratlar İttifaqının (XDİ) rəhbərlərindən birinə istinadla xəbər verib.
Bildirilir ki, o koronavirus pandemiyası zamanı ölkəsində böyük populyarlıq və etimad qazanıb.
Nəşrin məlumatına görə, Şpan artıq XDİ nümayəndələri ilə öz şansını müzakirə edib.
“O mənə açıq şəkildə bildirdi ki, mart ayında sorğuda nəticələri Laşetin nəticələrindən daha yaxşı olarsa, özünü kansler vəzifəsinə namizəd göstərməyə hazır olacaq”, - deyə qəzet anonim mənbədən sitat gətirib.
Yanvar ayında Almaniyada XDİ-nin qurultayı keçiriləcək. Burada partiyanın yeni lideri seçiləcək. 2021-ci ilin sentyabrında Bundestaqa seçkilər planlaşdırılıb.
Oxşar xəbərlər
Səfir Merkeli Hitlerlə müqayisə etdi, işindən qovuldu
Maltanın Finlandiyadakı səfiri Zammit Tabona sosial media hesabında etdiyi paylaşımda Almaniya Kansleri Angela Merkeli nasistlərin lideri Adolf Hitlerlə müqayis...