ANAMA sığortaçı seçir
Yeniliklərdən dərhal xəbərdar olun
Minatəmizləmə Agentliyi (ANAMA) 3 285 işçisinin könüllü tibbi və fərdi qəza sığortası xidməti üzrə açıq tender elan edib.
BAKU.WS dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 600 manatdır.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini iyunun 27-si, saat 17:45-ə qədər ANAMA-nın yerləşdiyi Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər. Təkliflərə həmin gün qeyd olunan ünvanda baxılacaq.
Bu xidmətlərə görə sığortaçıya 1,807 milyon manat ödəniləcək.
Xatırladaq ki, ötən il Minatəmizləmə Agentliyi işçilərinin könüllü tibbi və fərdi qəza sığortası "Qala Sığorta" ASC-yə həvalə olmuşdu. Bu xidmətlərə görə şirkətə 1,595 milyon manat ödənilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhə...