Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Amur bölgəsində "An-24" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.
Məlumata görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində bütün sərnişinləri həlak olub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...