Amerikalı səyyah: “Azad edilmiş ərazilərdə infrastrukturun bərpasının sürəti heyranedicidir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yol tikintisinin sürətlə aparılması heyranedicidir”.
BAKU.WS xəbər verir ki, bunu “report”a amerikalı səyyah Caqannatan Şrinivasararaqavan deyib.
“Qarabağ çox gözəl yerdir, bura gələndə təbiətin gözəlliklərinə heyran oldum. Amma məni ən çox qısa müddətdə yeni yolların çəkilməsi heyran etdi. Azərbaycan infrastrukturun bərpası üzrə heyrətamiz işlər görür”, - səyahətçi söyləyib.
“Yaxşı ki, münaqişə bitdi və üçtərəfli saziş imzalandı, Azərbaycan öz ərazilərini qaytardı”, - o əlavə edib.
Xatırladaq ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura üç günlük səfəri başlayıb.
Onlar birinci gün Şuşa və Ağdamla, ikinci gün isə Füzuli və Xocavəndlə tanış olacaqlar, üçüncü gün isə Zəngilan (Ağalı kəndi) və Cəbrayıla (Xudafərin körpüsü) səfər edəcəklər.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...