AMEA prezidentindən ilk TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-da ilk təyinatla bağlı sərəncam imzalayıb.
Akademiyadan BAKU.WS-ə verilən məlumata görə, İ.Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti Aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, H.Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdir müavini vəzifəsində işləyib. Onun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...