Almaniyada festivalda bıçaqlı şəxs kütləyə hücum çəkib - Çox sayda ölən və yaralı var - VİDEO

Almaniyada festivalda bıçaqlı şəxs kütləyə hücum çəkib - Çox sayda ölən və yaralı var - VİDEO
Siyasət 147

Almaniyanın Solingen şəhərinin qurulmasının 650 illik il dönümü münasibəti ilə təşkil edilmiş festivalda bir bıçaqlı şəxs qarşısına keçən insanları bıçaqlayıb.

BAKU.WS xəbər verir ki, Almaniyanın Solinger Tageblatt qəzeti hadisə nəticəsində 3 nəfər öldüyünü və 6-sı ağır olmaqla 7 nəfərin isə yaralandığını yazır. Hücum edən şəxs hadisə yerindən qaçıb.

Polis əhaliyə müraciət edərək çəhər mərkəzini tərk etməyə çağırıb. Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Almaniyanın xəbər agentliyi DPA hücum edən şəxsin polis tərəfindən axtarıldığı məlumatını yayıb.

Son xəbərlər