Almaniyada Azərbaycan Evi soydaşlarımızın istifadəsinə verilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadığı şəhərlərdə Azərbaycan Evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir.
BAKU.WS xəbər verir ki, növbəti belə bir ev dekabrın 24-də Almaniyanın Berlin şəhərində açılıb.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Komitə sədri Azərbaycan Evlərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu evlər Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımızı üstün tutan hər bir kəsin üzünə açıqdır:
“Azərbaycan Evləri azərbaycanlıların bir dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Ümid edirəm ki, Azərbaycan evləri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq. Koordinasiya Şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyimiz daha da möhkəmlənəcək”.
Belə bir əlamətdar gündə xarici ölkədə Azərbaycan Evinin açılmasını xaricdə yaşayan soydaşlarımıza yüksək diqqət və qayğının nümunəsi olduğunu qeyd ediblər.
Oxşar xəbərlər
Fuad Muradovdan Türk dünyasına birlik çağırışı - VİDEO
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Fuad Muradov Türk dünyasına müraciət ünvanlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə...