Almaniya XİN rəhbəri Azərbaycana təşəkkür edib
Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
BAKU.WS xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.
Almaniya naziri İranın Azərbaycan qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, bu ölkə ilə həmrəy olduğunu bildirib.
Almaniyalı nazir ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib
Azərbaycanın Vaşinqtondakı səfirliyi Kennedi Mərkəzində 28 May - Müstəqillik Günü və Silahlı Qüvvələr Günü ilə münasibətilə rəsmi qəbul təşkil edib. Bu barədə s...