Almaniya səfiri: "Azərbaycan səfirliyinə ölümcül hücum xəbərindən sarsıldıq"
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik".
BAKU.WS report-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tvitterdə yazıb.
“Düşüncələrimiz və dualarımız qurbanların ailələrilədir”, - o, bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...