Aleksandar Vuçiç: Hər dəfə Bakıya gələndə çoxlu dəyişikliklər görürəm
Serbiya Prezidenti Aleksandar Vuçiç hər dəfə Azərbaycana, Bakıya səfər edərkən çoxlu dəyişikliklə rastlaşdığını bəyan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Serbiya Prezidenti WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı Azərbaycana qonaqpərvərliyinə, Bakıda belə bir qəbula və unudulmaz tədbirə görə təşəkkür edib.
"Hər dəfə Bakıya və ya Azərbaycana gələndə, mən buraya ən azı ildə bir dəfə gəlirəm, çoxlu dəyişiklik və böyük tərəqqi görürəm. Bunun səbəbi sizsiniz, cənab Prezident (İlham Əliyev - red), və bütün Azərbaycan xalqıdır. Bütün işləriniz xalqınızın rifahı naminə aparılır".
Oxşar xəbərlər
Azərbaycan Macarıstana yeni səfir təyin edib - SƏRƏNCAM
Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliy...