Aldığı əsgər maaşını son qəpiyinədək şəhid ailələrinə göndərən hərbçimiz - VİDEO

Aldığı əsgər maaşını son qəpiyinədək şəhid ailələrinə göndərən hərbçimiz - VİDEO
Video
Siyasət 236

Azərbaycan ordusunun əsgəri hər kəsə örnək olacaq addım atıb.

BAKU.WS xəbər verir ki, Kamran adlı əsgər dövlət tərəfindən ona verilən 1044 manat maaşını şəhid olmuş iki hərbçi yoldaşının ailəsinə göndərib.

Sosial şəbəkədə yayılan görüntülərdə əsgərin sözləri belə olub:

"Allah Ali Baş Komandanımız başda olmaqla, dövlətimizi həmişə var eləsin, güclü eləsin. 1044 manat veriblər. Mən də bu pulu iki şəhid qardaşımız olan Səmədzadə Hüseyn və Cəfərov Sübhanın ailəsinə göndərirəm".

Son xəbərlər