Albaniyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda rəsmi səfərdə olan Albaniyanın baş naziri Edi Rama aprelin 14-də Şəhidlər xiyabanını ziyarət edib.
BAKU.WS xəbər verir ki, Baş nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Albaniyanın baş naziri Edi Ramaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Oxşar xəbərlər
Tbilisi meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib - FOTO
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. BAKU.WS Trend-ə istinadən xəbər verir ki,...