Albaniya “Bayraktar” partiyası alıb
01
mar
2024
22:12
Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) partiyası Albaniyaya gətirilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Niko Peleşi bildirib.
“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” PUA-ları artıq Albaniyadadır! İki gündür montaj işləri və paralel olaraq onların istismarı, nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması işləri aparılır.
Bu, silahlı qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin rəmzidir”, - N.Peleşi feysbuk səhifəsində yazıb.
Oxşar xəbərlər
Türkiyənin "Bayraktar TB3" PUA-sı ilk uçuşunu keçirib - FOTO/VİDEO
Türkiyənin yeni istehsalı olan və silahla təchiz edilmiş "Bayraktar TB3" pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu uğurlu alınıb. BAKU.WS xəbər verir ki, bu barə...