Aktaudakı Baş konsulluq: Bəzi meyitlər tanınmaz haldadır
"Təəssüf ki, təyyarə qəzasında ölənlərin meyitləri tanınmaz haldadır".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.
Qəza ilə bağlı istintaqın aparıldığını bildirən Baş konsulun sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək: "Təəssüf ki, bəzi meyitlər tanınmaz haldadır. Lazımi tibbi proseduralardan sonra həmən cənazələr də Azərbaycana göndəriləcək".
Ayxan Süleymanlı vurğulayıb ki, Azərbaycan Səhiyyə Nazirliyi və Baş Prokurorluğundan ibarət heyət xəstəxanada olan xəstələrlə maraqlanırlar: "Eyni zamanda, DNT analizlərinə də ehtiyac olacaq. Tanınmaz vəziyyətdə olanları araşdırmaq üçün müəyyən tibbi fəaliyyətlər həyata keçiriləcək".
Oxşar xəbərlər
Pakistan Senatının sədri İranın Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib
Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimai...