AKP sədrinin müavini: Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq

AKP sədrinin müavini: Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq
Siyasət 48

Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq, işlər davam edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu partiyasının Ədirnə şəhərində keçirilən toplantısında deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatını (TDT) gələcəkdə regional sülh və əmin-amanlığı təmin edəcək mühüm regional ittifaqa çevirəcək Zəngəzur dəhlizinin açılması üçün müvafiq addımlar atılır: "Dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa keçidi təmin edəcək. Cənab Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan -red.) bu mövzu ilə bağlı güclü iradəsi var və Azərbaycanla Türkiyə arasında bu mövzuda ciddi müzakirələr aparılır".

Siyasətçi Zəngəzur dəhlizinin təkcə Türkiyə və Azərbaycan yox, bütün region üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: "Çin sərhədindən çıxan konteyner bu marşrutla, Türkiyə vasitəsilə Avropaya çatacaq".

Son xəbərlər