Aİ-nin sərhəd avantürası - "missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
Avropa İttifaqının (Aİ) Ermənistandakı "müşahidə missiyası"nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.
"Report"un əldə etdiyi görüntülərə görə, bu dəfə daha bir qrup Qazax və Qubadlı rayonu istiqamətinə gəlib.
Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Aİ-nin sərhəd avantürası - "missiya" bu dəfə Qazax istiqamətində görünüb#Report #ReportAz #ReportNewsAz #Azerbaycan #Aİ #Qazax #Missiya pic.twitter.com/wumuLkoTN8
— Report.az (@reportnewsaz) February 11, 2025
Oxşar xəbərlər
ABŞ Konqresində Azərbaycana və Türkiyəyə qarşı kampaniya aparanlar kimlərdir?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Buraxılışda Bakıda havanın toz dumanına bürünməsi əsas mövzulardan biri olub. Paytaxtda hava...