Ağstafa Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının aparatında növbəti kadr təyinatları olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Seymur Orucov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Müşfiq Məmmədqulu oğlu Hüseynov başçının birinci müavini, Mirfərid Mirəsgər oğlu Mahmudov Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi və Elvin Namiq oğlu Pirquliyev Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, M.Hüseynov bu təyinatadək Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri işləyib.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...