Ağcabədiyə yeni prokuror təyin edilib

Ağcabədiyə yeni prokuror təyin edilib
Siyasət 135

Ağcabədi rayonuna yeni prokuror təyin edilib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti Report-a məlumatı təsdiqləyib.

Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Son xəbərlər