Ağalıya Böyük Qayıdışın növbəti köçü baş tutub - YENİLƏNİB + FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edilən ərazilərimizə Böyük Qayıdışın növbəti köçü baş tutub.
“Report”un bölgə müxbiri xəbər verir ki, Zəngilanın Ağalı kəndindən olan daha 10 ailə (48 nəfər) bu gün öz doğma torpaqlarına köçürülüb.
Sakinləri Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.
Sakinlərə doğma ocaqlarına qayıtmaları münasibətilə gözaydınlığı verilib. Onların yaşayışı üçün kənddə hər cür şəraitin yaradıldığı bildirilib.
***08:41
Bu gün daha 10 ailə, təxminən 200 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zəngilandan olan məcburi köçkünlərin Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.
Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan hər kəs sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar.
Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Zəngilanlılar, ağalılılar qarşısında çıxış edən R.Həsənov bildirib ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən Müharibəsində qələbə qazanıb. O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib, qazilərə cansağlığı diləyib.
Qeyd edək ki, proses 4 mərhələdən ibarətdir. Növbəti dəfə daha 11 ailə yola salınacaq.
Qalereya
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...