Ağ Evin yaxınlığında Donald Trampın tərəfdarları bıçaqlanıb

Ağ Evin yaxınlığında Donald Trampın tərəfdarları bıçaqlanıb
Siyasət 281

Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampın tərəfdarları bıçaqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ağ Evin yaxınlığında 1 qadın və 3 kişiyə bıçaqla xəsarət yetirilib.

Polisdən bildirilib ki, xəsarət alan şəxslər D. Trampı dəstəkləyən "Proud Boys" sağçı qrupunun üzvləridir.

Zərərçəkənlər şübhəlilərin "Black Lives Matter" etiraz hərəkatının üzvləri olduğunu iddia edib.

Son xəbərlər