Ağ Ev Ukrayna üçün 1 milyard dollarlıq yeni silah paketini elan edəcək
Ağ Ev Ukraynaya təxminən 1 milyard dollarlıq yeni silah yardımı elan edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yeni paketə gəmi əleyhinə raket sistemləri, MLRS üçün əlavə raketlər və M777 haubitsaları üçün mərmilər daxil olacaq.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bu gün NATO-ya üzv ölkələrin müdafiə nazirləri qarşısında çıxış edəcək və Brüsseldə Reznikov Ukraynanın lazımi silahların alınması ilə bağlı təcili ehtiyaclarını səsləndirəcək.
Nazir, həmçinin Ukrayna üzrə Əlaqələrə Dəstək Qrupunun (“Ramşteyn-3” adlanan) iclasında iştirak edəcək.
Oxşar xəbərlər
Bu ölkə Ukraynaya 95 milyon avroluq hərbi yardım göndərir
“İsveç hökuməti Ukraynaya 95 milyon avro məbləğində hərbi yardım göndərəcək”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri...