Aİ gələn həftə Ukraynaya 500 milyon avroluq hərbi yardımı təsdiqləyəcək

Aİ gələn həftə Ukraynaya 500 milyon avroluq hərbi yardımı təsdiqləyəcək
Siyasət 25

Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya hərbi yardımın 500 milyon avro həcmində dördüncü tranşını təsdiqləmək niyyətindədir.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının müdafiə nazirlikləri rəhbərlərinin mayın 17-nə planlaşdırılan görüşünün proqramını şərh edən yüksəkvəzifəli avropalı məmur bildirib.

"Biz gələn həftə, təbii ki, milli büdcə prosedurlarını nəzərə alaraq siyasi razılığa emid edirik", - deyə o bildirib.

Onun sözlərinə görə, görüşdə müdafiə nazirləri "yerdəki" vəziyyəti və Aİ-nin müxtəlif fəaliyyət istiqamətlərini müzakirə edəcəklər: hərbi, diplomatik və iqtisadi sahələrdə.

Qeyd edilir ki, görüşdə 27 üzv ölkənin nazirləri ilə yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın müdafiə naziri Aleksiy Reznikov da iştirak edəcək.

Oxşar xəbərlər

NATO Rusiya-Ukrayna müharibəsinin davam edəcəyi müddəti AÇIQLADI

NATO Rusiya-Ukrayna müharibəsinin davam edəcəyi müddəti AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin öz qüvvələrini Ukrayna torpaqlarından çıxararaq bu müharibəyə son verməli və müstəqil, suveren ölkə olan Ukraynaya hücumunu day...

278 Siyasət 18:15 06 aprel 2022

Son xəbərlər