Ağ ev: “Hizbullah”ın döyüşlərə girməsi Livan üçün ağlasığmaz dağıntılara yol açacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Hizbullah” partiyasının yaraqlı qanadının İsrail Müdafiə Qüvvələri ilə döyüşlərə girməsi Livanı ağlasığmaz dağıntılarla üz-üzə qoyacaq.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer ABŞ lideri Cozef Baydenin çıxışı nəzərdə tutulan Men ştatına uçan prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.
“Bu münaqişə Livan və İsrail arasında 2006-cı ildəkindən daha qanlı müharibəyə çevrilmə potensialına malikdir. Buna görə də Birləşmiş Ştatlar bu münaqişənin Livana yayılmasını görmək istəməzdi, Livan və onun xalqı üçün mümkün dağıntılar ağlasığmaz olardı”, – o qeyd edib.
Oxşar xəbərlər
Netanyahu “Hizbullah”la bağlı Livana xəbərdarlıq edib
“Fələstin-İsrail münaqişəsində “Hizbullah”ın fəallaşması Livana dağıdıcı nəticələr gətirəcək”. “Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netany...