Afrika ölkəsində məhkumlar üsyan etdi - Ölən və yaralananlar var

Afrika ölkəsində məhkumlar üsyan etdi - Ölən və yaralananlar var
Siyasət 75

Sudanın Şimali Darfur əyalətindəki Şala həbsxanasında üsyan çıxıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hökumətin koronavirusun qarşısını almaq məqsədilə verdiyi əfv sərəncamının siyahısında adları çıxmayan məhkumlar üsyan qaldırıb.

Əraziyə çoxlu sayda polis cəlb edilib və qarşıdurma baş verib.

Hadisə nəticəsində 1 məhkum ölüb, 11-i isə yaralanıb.

Qeyd edək ki, Sudanda bu günə qədər 930 nəfərdə koronavirus aşkarlanıb və onlardan 52 nəfər ölüb.

Son xəbərlər