AFFA prezidenti Ağsu şəhər stadionuna baxış keçirib - FOTO
AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov Ağsu şəhər stadionuna baxış keçiriblər.
BAKU.WS qurumun rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiya rəhbərliyi təmir işlərindən sonra stadionda yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, 2011-ci ildə açılışı olmuş Ağsu şəhər stadionu 3 min tamaşaçı tutumuna malikdir.
Təmir işlərindən sonra arenanın oturacaqları dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb. Stadionun ot örtüyünün yayda dəyişdirilməsi nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...