"Aerodromyanı ərazi hüdudlarında nəzarətin həyata keçirilməsi Qaydası" TƏSDİQLƏNDİ

Nazirlər Kabineti "Aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi Qaydası"nı təsdiq edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qayda "Aviasiya haqqında" qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər adıçəkilən qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, habelə Konvensiyaya 14 nömrəli Əlavə - "Aerodromlar"la müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən "Doc 9137, altıncı hissə, maneələrə nəzarət" sənədinin tələblərinə uyğun həyata keçirilir.
Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi həyata keçirir. Qaydada istifadə olunan anlayışlar adı çəkilən qanunla, Şəhərsalma və Tikinti Məcəlləsi, eləcə də digər normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib. BAKU.WS xəbər verir ki, dövlət başçıs...
