ADY-də yeni təyinat olub
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
BAKU.WS ADY-yə istinadən xəbər verir ki, qurumun yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.
Heydər Cəfərli 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2009-2011-ci illərdə Potsdam Universitetində "İqtisadiyyat və biznes", 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər", 2016-2018-ci illərdə isə Drezden Texniki Universitetində "Layihə idarə edilməsi" ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.
Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və "Aqro-Azərinvest" MMC-də rəhbər vəzifələrdə çalışıb.
2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...