ADSEA-nın strukturuna daxil olmayan tabeli qurumların siyahısı təsdiqlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nı təsdiq edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıya Regional Su Meliorasiya Xidməti, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyindəki qurumlar - "Sedam" MMM və Mərkəzi laboratoriya daxil edilib.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...