Adnan Oktara 8658 il həbs cəzası verildi
Türkiyədə təriqət lideri Adnan Oktara 8658 il həbs cəzası verilib.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, onun barəsində “təşkilata rəhbərlik”, “FETÖ silahlı terror təşkilatına yardım”, “siyasi və ya hərbi casusluğa cəhd”, “işgəncə”, “azadlıqdan məhrumetmə”, “birdən çox şəxslə yetkinlik yaşına çatmayana qarşı bir neçə dəfə cinsi əlaqədə olma”, “seksual zorakılığa məruz qoyma” və digər maddələrlə 232 il 9 aydan 1198 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilib.
Bundan əlavə, Oktar təşkilatın lideri olduğu üçün digər müttəhimlərin törətdikləri cinayətlərə görə də məsuliyyət daşıdığından onun cəzası artırılıb və ümumilikdə 8 658 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
1075 il həbs cəzası alan Adnan Oktar həbsxanaya aparılarkən ağladı - FOTO
Adnan Oktar və 13 ardıcılı mütəşəkkil silahlı cinayətkar şəbəkə qurmaq ittihamı ilə ümumilikdə 9803 il 6 ay həbs olunub və hər birinə 400.000 TL pul cəzası kəsi...